Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin oktyabrın axırından ilk dəfə olaraq 1 600 ABŞ dollarından aşağı düşüb.
"APA-Economics"in məlumatına görə, 23 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 594,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 2 020 dollar) ilə müqayisədə 21% azdır.
***
12:00
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin oktyabrın axırından ilk dəfə olaraq 1 900 ABŞ dollarından aşağı düşüb.
"APA-Economics"in məlumatına görə, 23 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 823,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 2 020 dollar) ilə müqayisədə 9,7%-dən artıq azdır.
***
09:49
Ötən gün keçirilən hərracların bağlanması zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti təxminən 2 000 ABŞ dolları səviyyəsində qərarlaşıb.
"APA-Economics"in məlumatına görə, 22 dekabr tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 934,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (2 106,2 dollar) ilə müqayisədə 8,2% azdır.
Xatırladaq ki, dekabrın 22-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.