Bank Of Baku

Avropada qazın qiyməti 2 100 dollar səviyyəsində qərarlaşıb

Avropada qazın qiyməti 2 100 dollar səviyyəsində qərarlaşıb
# 22 dekabr 2021 09:37 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanması zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti təxminən 2 100 ABŞ dolları səviyyəsində qərarlaşıb.

"APA-Economics"in məlumatına görə, 21 dekabr tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 2 107,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 716,7) ilə müqayisədə 22,7% çoxdur.

Xatırladaq ki, dünən gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR