Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 2 200 ABŞ dollarını ötüb.
"APA-Economics"in məlumatına görə, 4 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 2 216 dollar təşkil edib, bu da hərracların açılışına qeydə alınan göstərici ilə müqayisədə 20%-dən çox artım deməkdir.
***
14:03
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 1 900 ABŞ dollarına yaxınlaşıb.
"APA-Economics"in məlumatına görə, 4 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 890 dollar təşkil edib, bu da öncəki hesablama göstəricisi (1 845,8 dollar) ilə müqayisədə 2,4% çoxdur.
***
09:28
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 700 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.
"APA-Economics"in məlumatına görə, 3 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 692 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 10% azdır.
Qeyd edək ki, 3 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 278,95 dollaradək yüksəlib.