Bank Of Baku

Avropada qazın qiyməti 2024-2025-ci illərdə stabil səviyyədə olacaq - PROQNOZ

Avropada qazın qiyməti 2024-2025-ci illərdə stabil səviyyədə olacaq - PROQNOZ
# 03 iyul 2024 14:44 (UTC +04:00)

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Avropada təbii qazın orta qiyməti üzrə proqnozunu açıqlayıb.

APA-Economics” "ING Group"a istinadən xəbər verir ki, qurum 2024-2025-ci illər üçün TTF indeksi (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın qiyməti ilə bağlı proqnozunu dəyişməyib və 29 avro səviyyəsində (elektrik enerjisi ekvivalentində - MVt-saat üçün) saxlayıb.

Bundan başqa "ING Group" Avropada qazın 2026-cı ildə qiymətinin 28 avro (proqnoz dəyişməyib) səviyyəsində olacağının proqnozlaşdırır.

Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR