Bank Of Baku

Avropada qazın qiyməti 3 000 dollardan yuxarı səviyyədə qərarlaşıb

Avropada qazın qiyməti 3 000 dollardan yuxarı səviyyədə qərarlaşıb
# 25 avqust 2022 11:07 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti martın əvvəlindən ilk dəfə olaraq 3 000 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 24 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 3 008 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 9,2% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR