Bank Of Baku

Avropada qazın qiyməti 3 000 dolları ötüb - YENİLƏNİB

Avropada qazın qiyməti 3 000 dolları ötüb  - YENİLƏNİB
# 22 avqust 2022 12:54 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti martın əvvəlindən ilk dəfə olaraq 3 000 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 22 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 3 022,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 19% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

***

12:17

Avropada qazın qiyməti yenidən bahalaşıb.

APA-nın Moskva müxbirinin xəbər verir ki, Avropa bazarında qazın qiyməti mart ayından bəri ilk dəfə olaraq min kubmetr üçün 2900 dollar həddini aşıb.

Bu barədə Londonun ICE birjasının məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR