Bank Of Baku

Avropada qazın qiyməti 4%-dək artıb

Avropada qazın qiyməti 4%-dək artıb
# 08 noyabr 2023 09:31 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 514 ABŞ dolları səviyyəsinə çatıb.

APA-Economics” xəbər verir ki, 7 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi 513,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (496 dollar) ilə müqayisədə 3,6% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR