Avropada qazın qiyməti 435 dollara yaxınlaşıb

Avropada qazın qiyməti 435 dollara yaxınlaşıb
# 27 sentyabr 2024 10:53 (UTC +04:00)

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 435 ABŞ dollarına yaxınlaşıb.

APA-Economics” xəbər verir ki, 26 sentyabr tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə oktyabr fyuçerslərinin qiyməti 434,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (431,4 dollar) ilə müqayisədə 0,7% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR