Bank Of Baku

Avropada qazın qiyməti 515 dollardan aşağı enib

Avropada qazın qiyməti 515 dollardan aşağı enib
# 01 mart 2023 09:27 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2021-ci ilin avqust ayının minimum göstəricisinədək enərək, 515 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 28 fevral tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 514,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (519,7 dollar) ilə müqayisədə 1% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR