Bank Of Baku

Avropada qazın qiyməti 600 dollar səviyyəsində qərarlaşıb

Avropada qazın qiyməti 600 dollar səviyyəsində qərarlaşıb
# 14 oktyabr 2023 12:23 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 600 ABŞ dolları səviyyəsində qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 13 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 600,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (580,9 dollar) ilə müqayisədə 3,3% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR