Bank Of Baku

Avropada qazın qiyməti 600 dollardan aşağı enib

Avropada qazın qiyməti 600 dollardan aşağı enib
# 10 fevral 2023 11:25 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 600 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 9 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 589,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (596,8 dollar) ilə müqayisədə 1,2% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR