Bank Of Baku

Avropada qazın qiyməti 935 dollardan aşağı enib - YENİLƏNİB

Avropada qazın qiyməti 935 dollardan aşağı enib - YENİLƏNİB
# 23 dekabr 2022 15:00 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 935 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 23 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 932 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 007,7 dollar) ilə müqayisədə 7,5% azdır.

***

10.04

Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 000 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 22 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 009,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 071,4 dollar) ilə müqayisədə 5,8% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR