Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 17 sentyabr tarixindən ilk dəfə olaraq 800 ABŞ dollarından aşağı düşüb.
"APA-Economics"in məlumatına görə, 29 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti gün ərzində 14% azalaraq 795,8 dollar təşkil edib.
***
15:45
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 850 ABŞ dollarından aşağı düşüb.
Məlumata görə, 29 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti gün ərzində 9% azalaraq 844,9 dollar təşkil edib
Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.