Bolqarıstan, Latviya və Bosniya və Herseqovina 2022-ci ilin yanvarında Rusiyadan boru kəmərləri ilə qazın Avropaya idxalının artım tempinə görə lider ölkələr olublar.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Federal Gömrük Xidmətinin məlumatında bildirilir.
Məlumata görə, yanvarda Bolqarıstan "Qazprom"dan qaz idxalını ötən ilin eyni ayı ilə müqayisədə 20,75% artıraraq 279 mln. kubmetrə, Latviya 20,58% artıraraq 22 mln. kubmetrə, Bosniya və Herseqovina isə 13% artıraraq 39,5 mln. kubmetrə çatdırıb.
Avropada Rusiyadan boru kəmərləri ilə idxal edilən qazın həcminə görə ənənəvi lider olan Almaniya 2022-ci ilin yanvarında Rusiya qazının alışını 21,8% azaldaraq 3,194 mlrd. kubmetrədək çatdırıb.