Bank Of Baku

Avropada təbii qaz 10% bahalaşıb

Avropada təbii qaz 10% bahalaşıb
# 14 sentyabr 2023 10:45 (UTC +04:00)

Ötün gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 420 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 13 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 422,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (383,9 dollar) ilə müqayisədə 10% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR