Avropada təbii qaz bu il 1,5 dəfə ucuzlaşıb

Avropada təbii qaz bu il 1,5 dəfə ucuzlaşıb
# 03 iyul 2024 09:46 (UTC +04:00)

Bu ilin birinci yarısında Avropada qazın 1 000 kubmetrinin orta qiyməti 332 ABŞ dollarına yaxın səviyyədə olub.

APA-Economics” xəbər verir ki, cari ilin yanvar-iyun aylarında TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fyuçerslərin qiyməti 331,7 dollar təşkil edib, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisi (494,3 dollar) ilə müqayisədə 1,5 dəfə azdır.

Eyni dövr üçün rekord göstərici 2022-ci ildə qeydə alınıb və 1138,8 dollar təşkil edib. Bu, cari ilin müvafiq dövrünün orta qiymətindən 3,4 dəfə çoxdur.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR