Bank Of Baku

Avropada təbii qaz cüzi ucuzlaşıb

Avropada təbii qaz cüzi ucuzlaşıb
# 24 fevral 2023 09:54 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 550 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 23 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 554,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (556,9 dollar) ilə müqayisədə 0,5% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR