Bank Of Baku

Avropada təbii qaz il ərzində 5 dəfədən çox ucuzlaşıb

Avropada təbii qaz il ərzində 5 dəfədən çox ucuzlaşıb
# 01 avqust 2023 16:32 (UTC +04:00)

Bu ilin iyul ayında Avropada qazın 1 000 kubmetrinin TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə orta qiyməti 336 ABŞ dolları təşkil edib, bu da iyun ay ilə müqayisədə 8% azdır.

APA-Economics” xəbər verir ki, illik müqayisədə (ötən ilinin iyul ayı ilə müqayisədə - red.) bu ilin iyul ayında Avropada qaz 5,4 dəfə ucuzlaşıb.

Qeyd etmək lazımdır ki, bu ilin iyun ayında Avropada qazın 1 000 kubometrinin TTF indeksi üzrə orta qiyməti təqribən 365 dollar, 2022-ci ilin iyul ayında isə 1 807 dollar təşkil edib.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR