Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarından aşağı enib.
“APA-Economics” xəbər verir ki, 21 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 092,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 158,4 dollar) ilə müqayisədə 5,7% azdır.
***
10.00
Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 170 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
“APA-Economics” xəbər verir ki, 20 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 160,8 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 189,7 dollar) ilə müqayisədə 2,4% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.