Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin 25 oktyabr tarixindən ilk dəfə olaraq 1 000 ABŞ dollarından aşağı enib.
“APA-Economics” xəbər verir ki, 22 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 999,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 071,4 dollar) ilə müqayisədə 6,7% azdır.
***
09.45
Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 080 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
“APA-Economics” xəbər verir ki, 21 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 072,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 158,4 dollar) ilə müqayisədə 7,4% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.