Bank Of Baku

Avropada təbii qazın qiyməti 470 dolları ötüb - YENİLƏNİB

Avropada təbii qazın qiyməti 470 dolları ötüb - YENİLƏNİB
# 11 mart 2025 09:19 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 470 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 11 mart tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 470,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (462,1 dollar) ilə müqayisədə 1,8% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

***

09.19

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 460 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 10 mart tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 460,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (448,5 dollar) ilə müqayisədə 2,6% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR