Bank Of Baku

Avropada təbii qazın qiyməti 600 dolları ötüb

Avropada təbii qazın qiyməti 600 dolları ötüb
# 13 oktyabr 2023 11:49 (UTC +04:00)

Bu gün keçirilən hərracların zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti mart ayının 10-dan ilk dəfə olaraq 600 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 13 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 610,2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (580,9 dollar) ilə müqayisədə 5% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR