Bank Of Baku

Avropada yaxın iki ildə qazın qiyməti tədricən azalacaq - PROQNOZ

Avropada yaxın iki ildə qazın qiyməti tədricən azalacaq - PROQNOZ
# 05 dekabr 2024 15:56 (UTC +04:00)

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Avropada təbii qazın orta qiyməti üzrə proqnozunu açıqlayıb.

APA-Economics” "ING Group"a istinadən xəbər verir ki, qurum 2024-cü il üçün TTF indeksi (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın qiymətini 34 avro səviyyəsində proqnozlaşdırır.

Bundan başqa "ING Group" Avropada qazın qiymətinin 2025-ci ildə 33 avro, 2026-cı ildə isə 28 avro səviyyəsində olacağını proqnozlaşdırır.

Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR