Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi 90%-i ötüb.
"APA-Economics"in məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.
Məlumata görə, bu ilin 17 avqust tarixinə Avropada qaz anbarlarının doluluq səviyyəsi 0,25 faiz bəndi artaraq 90,12% təşkil edib.
Qeyd olunan tarixə, anbarlarda olan qazın həcmi 99,5 mlrd. kubmetr təşkil edib.