Avropada yeraltı anbarlardan qazın çıxarılması tarixi maksimuma çatıb

Avropada yeraltı anbarlardan qazın çıxarılması tarixi maksimuma çatıb
# 29 noyabr 2021 13:26 (UTC +04:00)

Bu ilin noyabr ayında Avropada yeraltı anbarlardan qazın çıxarılması maksimum həddə çatacaq. Bu ilin noyabr ayı rekord soyuqlar qeydə alınıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Avropa Qaz İnfrastrukturu Assosiasiyasının 2011-ci ildən apardığı müşahidələrdən məlum olub.

Sonuncu dəfə bu cür soyuqlar 2016-cı ildə müşahidə edilib və məhz həmin zaman Avropada yeraltı anbarlardan qazın çıxarılmasında əvvəlki rekord qeydə alınıb – 11,26 mlrd. kubmetr.

Assosiasiya qeyd edir ki, bu il yeraltı anbarlardan qazın götürülməsi təxminən 12 mlrd. kubmetr təşkil edə bilər. Halbuki bir il əvvəl yeraltı anbarlardan çıxarılan qazın həcmi 8,85 mlrd. kubmetrə bərabər oub.

Eyni zamanda, Avropada yeraltı anbarlarda qaz ehtiyatlarının səviyyəsi beşillik dövr üçün orta səviyyədən 16 faiz bəndi aşağıdır və bu boşluq daim artır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR