Bank Of Baku

Avropada yeraltı qaz anbarların doluluq səviyyəsi 60%-ə yaxınlaşıb

Avropada yeraltı qaz anbarların doluluq səviyyəsi 60%-ə yaxınlaşıb
# 02 may 2023 13:16 (UTC +04:00)

Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi 60%-ə yaxınlaşıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.

Məlumata görə, bu ilin 1 may tarixinə Avropada qaz anbarların doluluq səviyyəsi 0,31 faiz bəndi artaraq 59,6% təşkil edib. Bu, ötən ilin müvafiq tarixinə olan göstəricisindən 26 faiz bəndi çoxdur.

Qeyd olunan tarixə anbarlarda olan qazın həcmi 65 mlrd. kubmetr təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR