Bank Of Baku

Avropada yerləşən anbarlardakı qaz ehtiyatları kifayət etməyəcək

Avropada yerləşən anbarlardakı qaz ehtiyatları kifayət etməyəcək
# 07 mart 2022 15:23 (UTC +04:00)

Rusiyadan tədarükün dayandırılmasına qərar verilərsə, Avropada yerləşən anbarlardakı qaz ehtiyatları kifayət etməyəcək.

APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Fransanın enerji şirkəti “Engie”nin baş direktoru Ketrin Makqreqor açıqlama verib.

Onun sözlərinə görə, Avropa İttifaqı Rusiya qazından 40%, bəzi Avropa ölkələri isə 90%, hətta 100% asılıdır.

Makqreqor qeyd edib ki, bu asılılıqdan qısa müddət içində hazırlıqsız, əvəzedici tədbirlər olmadan və bazarı hazırlamadan qurtulmaq çox çətindir.

“Bu qışı başa vura bilərik, çünki bitmək üzrədir. Ortamüddətli perspektivdə əsl problem gələn qışdır. Yayı anbarları doldurmaq üçün istifadə edirik. Qışın sonunda ehtiyatlar çox zəifdir... Rusiyadan tədarükün kəsilməsinə qərar verilsə, ehtiyatlar yetərli olmayacaq”, - baş direktor bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR