Bank Of Baku

Avropadan Rusiya qazının tədarükü ilə bağlı müraciətlər azalıb

Avropadan Rusiya qazının tədarükü ilə bağlı müraciətlər azalıb
# 12 aprel 2022 16:12 (UTC +04:00)

Rusiyanın "Qazprom" şirkəti Ukrayna ərazisi ilə Avropaya qazın tranzitini istehlakçıların müraciətlərinə uyğun olaraq davam etdirir.

"APA-Economics"in verdiyi xəbərə görə, bunu Ukraynanın qaz ötürmə sistemlərinin operatorlarının məlumatları göstərir.

Alıcıların müraciətlərinə əsasən, aprelin 12-nə Ukrayna ərazisi ilə Rusiyadan nəql üçün nəzərdə tutulan qazın həcmi 74,54 mln. kubmetr təşkil edir, bu da 11 aprel tarixinə olan göstərici (demək olar ki 95 mln. kubmetr) ilə müqayisədə təqribən 22% azdır.

Qeyd edək ki, "Qazprom"un 2022-ci il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 mlrd. kubmetr və ya gündə təxminən 109,5-109,6 mln. kubmetr təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR