Bank Of Baku

Avropaya LNG tədarükü 2021-ci ilin noyabr ayı səviyyəsinə düşüb

Avropaya LNG tədarükü 2021-ci ilin noyabr ayı səviyyəsinə düşüb
# 02 avqust 2023 16:52 (UTC +04:00)

Bu ilin iyul ayında Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) idxalı 2021-ci ildən bəri ən aşağı səviyyəyə - 8,6 mln. tona düşüb.

Bu barədə “APA-Economics” “Bloomberg”a istinadən xəbər verir.

“İyulda LNG tədarükü keçən ilin eyni dövrü ilə müqayisədə 7% azalaraq 8,6 mln. tona düşüb ki, bu da 2021-ci ilin noyabrından bəri ən aşağı göstəricidir”, - məlumatda bildirilir.

Məlumata görə, 2021-ci ilin noyabrında Avropaya tədarük edilən LNG-nin həcmi 7,6 mln. ton təşkil edib.

Qeyd olunur ki, 2021-ci ilin noyabrından bu yana Avropaya LNG tədarükü üzrə maksimal göstərici ötən ilin dekabrında qeydə alınıb və 13,3 mln. ton təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR