Bank Of Baku

Avropaya Ukrayna ərazisi ilə Rusiya qazının nəqli artacaq

Avropaya Ukrayna ərazisi ilə Rusiya qazının nəqli artacaq
# 14 aprel 2022 11:15 (UTC +04:00)

Rusiyanın "Qazprom" şirkəti Ukrayna ərazisi ilə Avropaya qazın tranzitini istehlakçıların müraciətlərinə uyğun olaraq davam etdirir.

"APA-Economics"in verdiyi xəbərə görə, bunu Ukraynanın qaz ötürmə sistemlərinin operatorlarının məlumatları göstərir.

Alıcıların müraciətlərinə əsasən, aprelin 14-nə Ukrayna ərazisi ilə Rusiyadan nəql üçün nəzərdə tutulan qazın həcmi 81,14 mln. kubmetr təşkil edir, bu da 13 aprel tarixinə olan göstərici (demək olar ki 66,27 mln. kubmetr) ilə müqayisədə təqribən 22,4% çoxdur.

Qeyd edək ki, "Qazprom"un 2022-ci il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 mlrd. kubmetr və ya gündə təxminən 109,5-109,6 mln. kubmetr təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR