Bank Of Baku

AYİB Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafını dəstəkləyəcək

AYİB Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafını dəstəkləyəcək
# 24 oktyabr 2019 11:50 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan Energetika Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində ölkədə bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsini dəstəkləyəcək.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda çıxış edən AYİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Duarte deyib.

Onun sözlərinə görə, hazırda AYİB həm nazirlik, həm də hökumətlə fəaliyyət planını tərtib edir ki, bunun vasitəsilə bərpa olunan enerji layihələrinin dəstəkləmək mümkün olacaq.

"Bütün müzakirə etdiyimiz məsələlərə, o cümlədən bazar, texniki həllər və s. ahəng nöqteyi-nəzərdən baxılmalıdır. Əlbəttə, biz nazirlik və digər tərəfdaşlarla əməkdaşlıq edərək bir çox məsələni eyni zamanda həll etməliyik, bazarın tənzimləmə məsələsini həmçinin", - deyə İ. Duarte qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR