“AZAL Karyera Günü” gələcək mütəxəssislər üçün yeni imkanlar açıb - FOTO

“AZAL Karyera Günü” gələcək mütəxəssislər üçün yeni imkanlar açıb - FOTO
# 18 sentyabr 2023 16:10 (UTC +04:00)

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) mülki aviasiyada iş perspektivləri haqqında daha çox məlumat təqdim etmək üçün ilk dəfə olaraq “AZAL Karyera Günü” adlı tədbiri uğurla keçirib.

AZAL-dam “APA-Economics”ə verilən məlumata görə, tədbir bir çox tələbə, məzun və aviasiya sahəsində karyera ilə maraqlanan mütəxəssisləri cəlb edib. Onlar AZAL-da vakansiyalar, tələblər və inkişaf imkanları haqqında məlumat əldə ediblər.

İştirakçılar, həmçinin öz tərcümeyi-hallarını (CV) təqdim edə və aviaşirkətin nümayəndələrindən birbaşa dəyərli məsləhət və tövsiyələr ala biliblər.

Tədbir ziyarətçilərə AZAL-ın Maliyyə, İnsan Resursları, Aviasiya Təhlükəsizliyi, Strateji İnkişaf və digər departamentlərinin nümayəndələri ilə görüşmək üçün imkan yaradıb. Bundan əlavə, iştirakçılar AZAL-ın təyyarə bələdçiləri və pilotları ilə söhbət etmək fürsəti əldə ediblər.

“Biz aviasiyaya olan sevgimizi bölüşən istedadlı və həvəsli insanları cəlb etməyə çalışırıq. İşəgötürmə prosesinin şəffaflığı, əməkdaşlara təklif olunan əlavə imtiyazlar, əməkdaşlarının məmnunluğu və loyallığı əsas prioritetlərimizdəndir”, - deyə AZAL-ın İnsan Resursları İdarəsinin rəisi Ellada Alışova bildirib. "Ümid edirəm ki, bu “AZAL Karyera Günü” ziyarətçilərini ruhlandıracaq və gələcək karyeraları ilə bağlı qərarlar qəbul etməyə kömək edəcək."

Qeyd edək ki, bu tədbirdə təqdim olunan bütün CV-lər diqqətlə nəzərdən keçiriləcək. Tələblərə cavab verən namizədlər əməkdaşlıq imkanlarının müzakirə ediləcəyi müsahibələrə dəvət olunacaqlar.

“AZAL Karyera Günü” aviaşirkətin Azərbaycanda mülki aviasiya sahəsinə yeni mütəxəssisləri cəlb etmək və hazırlamaq istəyini əks etdirən unikal platforma oldu. AZAL aktiv şəkildə onlar üçün perspektivlər açmağa və bu sahədə istedadlı işçiləri dəstəkləməyə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR