2023-cü ilin yanvar-noyabr aylarında “Azəralüminium” MMC 117.6 milyon dollar dəyərində məhsul ixrac edib.
“APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 15,4% və ya 21.4 milyon dollar azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 11 ayı ərzində “Azəralüminium” 139 milyon dollar dəyərində məhsul ixrac edib.