Azərbaycan 2020-ci ildə neft hasilatını artırmaq niyyətindədir

Azərbaycan 2020-ci ildə neft hasilatını artırmaq niyyətindədir
# 19 sentyabr 2019 13:38 (UTC +04:00)

Gələn il Azərbaycan neft hasilatını artırmağı planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov YAP-ın qərargahında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il ərzində neftin hasilatı sabit səviyyədə olacağı proqnozlaşdırılır. Buna əsasən, bu il üzrə neft hasilatı 38,7 mln. ton səviyyəsində olacağı gözlənilir.

“Gələn il neft hasilatının cüzi artacağı və 39 mln. ton səviyyəsində olacağı gözlənilir”, - deyə P. Şahbazov əlavə edib.

Nazirin sözlərinə görə, 2021-ci ildə isə Azərbaycanda neft hasilatı 2020-ci ilin səviyyəsində qalacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə Azərbaycanda 38,76 mln. tona yaxın neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR