Azərbaycan Albaniyanın Korça şəhərinin qazlaşdırılmasında iştirak edə bilər

Azərbaycan Albaniyanın Korça şəhərinin qazlaşdırılmasında iştirak edə bilər
# 05 dekabr 2023 14:45 (UTC +04:00)

Dubayda COP 28 çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Albaniyanın Baş nazirinin müavini - infrastruktur və energetika naziri Belinda Balluku arasında görüş olub.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin yeni müstəvidə inkişafından məmnunluq ifadə edilib.

Məlumata görə, Albaniyanın enerji təhlükəsizliyinin təmin edilməsi və qaz tranziti ölkəsi kimi inkişafında Azərbaycanla enerji əməkdaşlığının mühüm rolu qeyd olunub.

“Albaniyanın Korça şəhərinin qazlaşdırılması, xam neftin tədarükü və digər perspektiv istiqamətlərdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb”, - məlumatda qeyd olunur.

Həmçinin Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupu əsasında Birgə Hökumətlərarası Komissiyanın yaradılması və Komissiyanın iclasının Bakıda keçirilməsi ilə bağlı məsələlər də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR