Bu ilin yanvar-may aylarında Azərbaycanda 1 256,1 mln. manat dəyərində neft məhsulları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% azdır.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft məhsullarından avtomobil benzininin, sürtgü yağlarının, neft bitumunun istehsalı azalıb, yanacaq mazutunun, dizel yanacağının, ağ neftin, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.
Neft məhsullarının istehsalı sahəsində əsas məhsul növlərinin buraxılışı:
|
Məhsul növləri |
2019-cu ilin yanvar-may aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
|
Avtomobil benzini, min ton |
499,8 |
95,8 |
|
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
136,4 |
147,9 |
|
Ağ neft, min ton |
254,4 |
102,7 |
|
Dizel yanacağı, min ton |
885,9 |
104,2 |
|
Yanacaq mazutu, min ton |
32,8 |
109 |
|
Sürtkü yağları, min ton |
6,8 |
23,4 |
|
Neft bitumu, min ton |
72,8 |
65,1 |
|
Neft koksu, min ton |
102 |
92,6 |