Bank Of Baku

Azərbaycan beş il ərzində əmtəəlik qazın hasilatının 79% artırıb

Azərbaycan beş il ərzində əmtəəlik qazın hasilatının 79% artırıb
# 12 aprel 2022 12:58 (UTC +04:00)

Son beş ildə (2017-2021-ci illərdə) Azərbaycanda 175 323,9 mln. kubmetr qaz hasil edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatları üzrə apardığı hesablamalara əsasən, hesabat dövründə ölkədə hasil edilən qazın 120 533,4 mln. kubmetri əmtəəlik “mavi yanacağ”ın payına düşüb.

Hesablamalara əsasən, 2017-2021-ci illər ərzində Azərbaycanda ümumi qaz hasilatı 53,6% artıb. Hesabat dövründə ölkədə əmtəəlik qazın hasilatı isə 79,4% artıb.

Qeyd etmək lazımdır ki, ölkədə son illər qaz hasilatının atması Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlərinilməsinin ikinci mərhələsinin həyata keçirilməsi ilə əlaqəlidir.

Ölkədə illər üzrə qaz hasilatının artım dinamikası üzrə göstəriciləri nəzərinizə təqdim edirik:

2017-ci il

2018-ci il

2019-cu il

2020-ci il

2021-ci il

Təbii qaz, mln. kubmetr

28 563,5

30 592,2

35 591,4

36 713,3

43 863,5

Ondan əmtəəlik

18 157,9

19 209,9

24 526,7

26 065,1

32 573,8

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR