Bank Of Baku

Azərbaycan Beynəlxalq Enerji Xartiyası Forumunda iştirak edəcək

Azərbaycan Beynəlxalq Enerji Xartiyası Forumunda iştirak edəcək
# 11 iyun 2019 10:31 (UTC +04:00)

İyunun 13-də Albaniyada Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək. Forumda Azərbaycanı energetika nazirinin müavini Samir Vəliyev təmsil edəcək.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir müavininin “Enerji diversifikasiyası, bərpa olunan enerji və enerji səmərəliliyi” mövzusunda çıxışı nəzərdə tutulub.

Azərbaycan Beynəlxalq Enerji Xartiyası ilə 1994-cü ildən etibarən əməkdaşlıq edir. Ötən il ölkəmiz Beynəlxalq Enerji Xartiyasına (Haaqa II sənədinə) qoşulub. 2020-ci ildə Azərbaycan Beynəlxalq Enerji Xartiyası Konfransına sədrlik edəcək və bu çərçivədə cari ildə Bakıda Beynəlxalq Enerji Xartiyası Forumunun keçirilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR