Paşha Bank
Bank Of Baku

Azərbaycan Böyük Britaniyanı yaşıl enerji dəhlizi layihələrində iştiraka dəvət edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov

© APA | Azərbaycanın energetika naziri Pərviz Şahbazov

# 06 oktyabr 2026 14:32 (UTC +04:00)

Azərbaycan Böyük Britaniyadan olan tərəfdaşları ölkənin həyata keçirdiyi yaşıl enerji dəhlizi və enerji bağlantısı layihələrində iştiraka dəvət edib.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, elektrik şəbəkələrinin və regional bağlantıların strateji əhəmiyyəti artır. Azərbaycan Xəzər regionu və Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək iri yaşıl enerji dəhlizi layihələrini inkişaf etdirir.

Nazir əlavə edib ki, bu istiqamətlərdən biri TRIPP vasitəsilə Naxçıvan və Türkiyə üzərindən digər bazarlara çıxışı nəzərdə tutur.

“Böyük Britaniyadan olan tərəfdaşlarımızı bu və digər yaşıl enerji bağlantısı layihələrində iştiraka dəvət edirik”, - Pərviz Şahbazov qeyd edib.

Nazir Britaniyanın “Xlinks” şirkətinin prosesə qoşulmasının, o cümlədən bu gün “Green Corridor Alliance” ilə Anlaşma Memorandumunun imzalanmasının əməkdaşlıq üçün yeni imkanlar yaratdığını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR