Bank Of Baku

Azərbaycan bu il 14 ölkəyə 3,5 mln. ton neft ixrac edib - REYTİNQ

Azərbaycan bu il 14 ölkəyə 3,5 mln. ton neft ixrac edib - REYTİNQ
# 17 fevral 2022 17:38 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycan İtaliyaya 1 037 885,53 min ABŞ dolları dəyərində 1 755 328,23 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Ukrayna qərarlaşıb.

Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 196 450,92 min dollar dəyərində 336 716,2 ton neft ixrac edib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri İsrail tutur. Yanvar ayında bu ölkəyə 152 168,1 min dollar dəyərində 266 765,25 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, Azərbaycan ötən il 14 ölkəyə 2 031 435,6 min dollarlıq 3 505 551,96 ton neft ixrac edib.

"APA-Economics" Azərbaycanın 2022-ci ilin yanvarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin həcminə görə) təqdim edir:

#

Ölkələr

Miqdar, ton

Məbləğ, min $

-

Cəmi

3 505 551,96

2 031 435,6

1

İtaliya

1 755 328,23

1 037 885,53

2

Ukrayna

336 716,2

196 450,92

3

İsrail

266 765,25

152 168,1

4

Böyük Britaniya

216 909,17

125 597,1

5

Çexiya

163 459,94

89 192,64

6

Tailand

138 308,64

77 843,82

7

İspaniya

132 852,84

75 689,23

8

Almaniya

91 762,54

50 535,73

9

Rumıniya

90 527,47

54 093,23

10

İrlandiya

88 077,58

50 060,05

11

Portuqaliya

81 755,47

46 300,03

12

Türkiyə

80 116,78

41 364,46

13

Tunis

62 890,17

34 213,82

14

Rusiya

81,69

40,96

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR