Cari ilin yanvar-fevral ayında Azərbaycan İtaliyaya 1 032 904,36 min ABŞ dolları dəyərində 1 628 532,35 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 527 533,57 min dollar dəyərində 884 322,85 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Cari ilin yanvar-fevral aylarında bu ölkəyə 359 981,9 min dollar 574 400,33 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 16 ölkəyə 2 826 058,64 min dollarlıq 4 595 490,11 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın cari ilin yanvar-fevral ayında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (həcmi və dəyərinə görə) təqdim edir:
|
|
Ölkələr |
Miqdar (ton) |
Statistik dəyər |
|
№ |
Cəmi |
4 595 490.11 |
2 826 058.64 |
|
1. |
İtaliya |
1 628 532.35 |
1 032 904.36 |
|
2. |
İsrail |
884 322.85 |
527 533.57 |
|
3. |
Hindistan |
574 400.33 |
359 981.90 |
|
4. |
Tailand |
327 013.52 |
203 153.46 |
|
5. |
Portuqaliya |
170 137.97 |
104 135.42 |
|
6. |
Rumıniya |
165 537.88 |
92 295.63 |
|
7. |
Çexiya |
141 342.57 |
82 418.33 |
|
8. |
Tunis |
130 227.89 |
77 525.79 |
|
9. |
Polşa |
90 150.50 |
57 363.56 |
|
10. |
Fransa |
89 712.83 |
57 085.07 |
|
11. |
İndoneziya |
86 721.65 |
52 551.84 |
|
12. |
Almaniya |
82 611.02 |
52 283.35 |
|
13. |
Xorvatiya |
79 271.50 |
50 441.15 |
|
14. |
İspaniya |
76 534.64 |
39 881.49 |
|
15. |
Türkiyə |
68 079.42 |
36 069.64 |
|
16. |
Özbəkistan |
893.20 |
434.09 |