Bank Of Baku

Azərbaycan bu il 18 ölkəyə 7 mlrd. dollarlıq neft ixrac edib - REYTİNQ

Azərbaycan bu il 18 ölkəyə 7 mlrd. dollarlıq neft ixrac edib - REYTİNQ
# 16 iyun 2023 12:37 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan İtaliyaya 2 840 446,67 min ABŞ dolları dəyərində 4 595 738,7 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin dəyərinə görə - red.) ikinci yerdə İspaniya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 644 665,26 min dollar dəyərində 1 017 351,02 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri İsrail tutur. Yanvar-may bu ölkəyə 631 333,05 min dollar dəyərində 1 021 518,33 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 18 ölkəyə 7 220 253,42 min dollarlıq 11 752 575,69 ton neft ixrac edib.

"APA-Economics" Azərbaycanın bu ilin yanvar-may aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edir:

#

Ölkələr

Məbləğ, min $

Miqdar, ton

-

Cəmi

7 220 253.42

11 752 575.69

1

İtaliya

2 840 446.67

4 595 738.70

2

İspaniya

644 665.26

1 017 351.02

3

İsrail

631 333.05

1 021 518.33

4

Hindistan

610 361.61

1 027 221.27

5

Türkiyə

459 921.20

787 854.48

6

Çexiya

381 844.90

608 555.83

7

Almaniya

354 363.11

572 190.47

8

İrlandiya

263 612.67

453 801.98

9

Yunanıstan

190 160.53

299 869.30

10

Rumıniya

163 564.63

259 747.26

11

Avstriya

152 155.74

266 568.71

12

Xorvatiya

110 952.22

180 679.36

13

İndoneziya

88 665.69

134 153.29

14

Sinqapur

87 786.40

138 338.45

15

Vyetnam

85 115.06

138 516.86

16

Fransa

66 307.70

108 829.65

17

Portuqaliya

62 898.43

92 952.72

18

Tailand

26 098.53

48 688.02

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR