Bu ilin yanvar-aprel aylarında Azərbaycan İtaliyaya 2 108 111,51 min ABŞ dolları dəyərində 3 362 269,76 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin miqdarı və dəyərinə görə - red.) ikinci yerdə Hindistan qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 543 045,66 min dollar dəyərində 922 967,24 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri İspaniya tutur. Yanvar-aprel bu ölkəyə 526 641,07 min dollar dəyərində 826 905,05 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 18 ölkəyə 5 715 409,95 min dollarlıq 9 235 906,05 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın bu ilin yanvar-aprel aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edir:
# |
Ölkələr |
Məbləğ, min $ |
Miqdar, ton |
- |
Cəmi |
5 715 409.95 |
9 235 906.05 |
1 |
İtaliya |
2 108 111.51 |
3 362 269.76 |
2 |
Hindistan |
543 045.66 |
922 967.24 |
3 |
İspaniya |
526 641.07 |
826 905.05 |
4 |
İsrail |
500 939.49 |
801 049.36 |
5 |
Türkiyə |
349 379.28 |
589 713.76 |
6 |
Çexiya |
323 390.85 |
517 961.77 |
7 |
Almaniya |
301 359.56 |
481 704.11 |
8 |
Yunanıstan |
190 160.53 |
299 869.30 |
9 |
Avstriya |
152 155.74 |
266 568.71 |
10 |
İrlandiya |
149 743.61 |
263 097.76 |
11 |
Rumıniya |
112 481.23 |
176 403.69 |
12 |
Sinqapur |
87 786.40 |
138 338.45 |
13 |
Vyetnam |
85 115.06 |
138 516.86 |
14 |
İndoneziya |
85 009.70 |
128 188.47 |
15 |
Fransa |
66 307.70 |
108 829.65 |
16 |
Portuqaliya |
62 898.43 |
92 952.72 |
17 |
Xorvatiya |
55 345.15 |
90 296.70 |
18 |
Tailand |
15 538.98 |
30 272.69 |