Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 4 986 285,69 min ABŞ dolları dəyərində 7 985 493,8 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 1 206 977,64 min dollar dəyərində 1 995 823,22 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda (həcm və dəyərinə görə) üçüncü yeri Hindistan tutur. Yanvar-sentyabr aylarında bu ölkəyə 739 039,83 min dollar 1 249 426,6 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 21 ölkəyə 12 128 399,72 min dollarlıq 19 876 255,4 ton neft ixrac edib.
"APA-Economics" Azərbaycanın bu ilin yanvar-sentyabr aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edir:
|
№ |
Ölkələr |
Məbləğ, min $ |
Miqdar (ton) |
|
- |
Cəmi |
12 128 399.72 |
19 876 255.40 |
|
1 |
İtaliya |
4 986 285.69 |
7 985 493.80 |
|
2 |
İsrail |
1 206 977.64 |
1 995 823.22 |
|
3 |
Hindistan |
739 039.83 |
1 249 246.60 |
|
4 |
İspaniya |
700 578.65 |
1 114 184.47 |
|
5 |
Türkiyə |
627 024.00 |
1 109 141.17 |
|
6 |
Çexiya |
530 181.20 |
916 806.74 |
|
7 |
Almaniya |
528 741.45 |
843 138.09 |
|
8 |
Xorvatiya |
415 611.87 |
711 887.77 |
|
9 |
Yunanıstan |
403 274.26 |
656 521.80 |
|
10 |
Böyük Britaniya |
372 871.35 |
612 324.12 |
|
11 |
İrlandiya |
366 641.18 |
630 056.20 |
|
12 |
Rumıniya |
266 907.94 |
442 186.97 |
|
13 |
Vyetnam |
244 039.12 |
415 601.09 |
|
14 |
Avstriya |
152 155.74 |
266 568.71 |
|
15 |
İndoneziya |
150 210.69 |
221 084.92 |
|
16 |
Portuqaliya |
147 734.57 |
230 528.23 |
|
17 |
Fransa |
118 639.77 |
199 006.72 |
|
18 |
Sinqapur |
87 786.40 |
138 338.45 |
|
19 |
Malayziya |
34 012.69 |
48 042.55 |
|
20 |
Tailand |
26 098.53 |
48 688.02 |
|
21 |
Tunis |
23 587.13 |
41 585.75 |