Bank Of Baku

Azərbaycan bu il 29 ölkəyə 24 mln. tondan çox neft ixrac edib - REYTİNQ

Azərbaycan bu il 29 ölkəyə 24 mln. tondan çox neft ixrac edib - REYTİNQ
# 16 dekabr 2022 15:36 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan İtaliyaya 6 452 953,4 min ABŞ dolları dəyərində 8 629 449,63 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin miqdarında görə - red.) ikinci yerdə İsrail qərarlaşıb.

Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 1 566 905,92 min dollar dəyərində 2 150 621,72 ton neft ixrac edib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-noyabr aylarında bu ölkəyə 1 625 428,01 min dollar dəyərində 2 016 842,39 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 29 ölkəyə 18 318 642,45 min dollarlıq 24 318 448,83 ton neft ixrac edib.

"APA-Economics" Azərbaycanın 2022-ci ilin yanvar-noyabr aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edir:

#

Ölkələr

Məbləğ, min $

Miqdar, ton

-

Cəmi

18 318 642.45

24 318 448.83

1

İtaliya

6 452 953.4

8 629 449.63

2

Hindistan

1 625 428.01

2 016 842.39

3

İsrail

1 566 905.92

2 150 621.72

4

Xorvatiya

952 386.35

1 159 692.58

5

İspaniya

837 264.87

1 135 797.18

6

Böyük Britaniya

752 508.07

926 011.63

7

Portuqaliya

742 619.12

1 020 358.90

8

Çexiya

722 511.41

912 731.97

9

İndoneziya

605 892.08

795 015.24

10

Almaniya

563 706.60

801 440.82

11

Tunis

453 210.72

604 998.44

12

Vyetnam

401 083.36

469 011.78

13

İrlandiya

399 044.29

521 509.25

14

Türkiyə

375 428

587 212.56

15

Rumıniya

320 061.2

448 687.34

16

Ukrayna

304 578.84

506 359.30

17

Tailand

257 211.41

404 990.99

18

İsveçrə

232 002.72

264 864.95

19

Yunanıstan

212 128.25

272 142.03

20

Avstraliya

138 977.88

156 418.00

21

Tayvan (Çinin əyaləti)

115 684.58

138 543.45

22

Avstriya

90 016.75

134 447.20

23

Niderland

62 240.63

82 680.85

24

Belarus

57 590.07

84 893.31

25

Fransa

43 447.48

46 300.13

26

Malayziya

33 070.29

46 243.85

27

Rusiya

419.99

710.65

28

Bolqarıstan

268.72

471.01

29

Gürcüstan

1.44

1.70

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR