Bank Of Baku

Azərbaycan bu il Avropaya 6 mlrd. kubmetrdən artıq qaz ixrac edib

Azərbaycan bu il Avropaya 6 mlrd. kubmetrdən artıq qaz ixrac edib
# 11 iyul 2024 09:34 (UTC +04:00)

Bu ilin yanvar - iyun aylarında Azərbaycandan təxminən Avropaya 6,4 mlrd. mlrd. kubmetr qaz ixrac olunub.

"APA-Economics" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Məlumata görə, hesabat dövründə Türkiyəyə 5 mlrd. kubmetr, Gürcüstana isə 1,3 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la kəməri vasitrəsilə Türkiyəyə 2,8 mlrd. kubmetr qaz nəql edilib.

“Bu ilin 6 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6% çoxdur”, - paylaşımda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR