Bank Of Baku

Azərbaycan bu il maye qazın ixracını 70%-dan çox azaldıb

Azərbaycan bu il maye qazın ixracını 70%-dan çox azaldıb
# 17 oktyabr 2022 17:28 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 12 891,4 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 73,2% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ixrac edilən maye qazın dəyəri 4 511,5 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 65,2% azdır.

Xatırladaq ki, ötən il Azərbaycan 69 268,1 ton maye qaz ixrac edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 1,7 dəfə çoxdur. 2021-ci ildə ixrac edilən maye qazın dəyəri 22 748,8 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 4,5 dəfə çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR