Azərbaycan bu il neft emalını artırıb

Azərbaycan bu il neft emalını artırıb
# 11 iyul 2024 11:33 (UTC +04:00)

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 3,2 milyon tona yaxın neft emal edilib, bu da illik müqayisədə 3,23% çoxdur.

Bu barədə “APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, ötən ilin yanvar-iyun aylarında Azərbaycanda 3,1 mln. ton neft emal olunub.

Ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR