Ötən ilin dekabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 604 min barel olub.
Energetika Nazirliyindən “APA-Economics” xəbər verir ki, qeyd olunan həcmin 482 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.
Məlumata görə, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.
Beləliklə, Azərbaycan dekabr ayında "OPEC+" çərçivəsində kvotasından 202 min barel geridə qalıb.
Qeyd olunur ki, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.