Bank Of Baku

Azərbaycan elektrik enerjisi idxalını 5%-dək azaldıb

Azərbaycan elektrik enerjisi idxalını 5%-dək azaldıb
# 09 aprel 2022 11:31 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı 3,9% artaraq 7 194,2 mln. kVt-saat təşkil edib.

APA-Economics”in məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında paylaşım edib.

Qeyd olunub ki, hesabat dövründə 508,4 mln. kVt-saat elektrik enerjisi ixrac edilib, bu da illik müqayisədə 0,3% çoxdur.

Məlumata görə, yanvar-mart aylarında Azərbaycan 30,7 mln. kVt-saat elektrik enerjisi idxal edib, bu da 4,7% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR